“Qarşıda qazanmaq istədiyimiz Avroliqa matçı var” – “Sevilya”nın futbolçusu

“Sevilya”nın futbolçusu Joan Jordan La Liqanın 14-cü turunda “Valyadolid”i məğlub etdikləri oyundan (1:0) sonra fikirlərini bildirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi, Avropa Liqasında “Qarabağ”la qarşılaşacaqları matç haqda da danışıb:

“Qarşıda qazanmaq istədiyimiz Avroliqa matçı var. İndi istirahət edib daha yaxşı hazırlaşmalıyıq. Qələbə motivasiya baxımından çox yaxşıdır. Ancaq sadəlövh olmalıyıq, arxayınlaşmamalıyıq. Komandamız hazırda ilk üçlükdədir. Əsas hədəfimiz növbəti oyundur və yaxşı hazırlaşmalıyıq. Çempionat uzun marafondur və hələ heç nə qazanmamışıq”.

Noyabrın 28-də keçiriləcək “Sevilya” – “Qarabağ” oyunu saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button