Argentina millisinin üzvü ərəblərlə razılaşdı

“Sevilya”nın futbolçusu Ever Baneqa karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Komanda.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Əl Şabab” klubuyla razılıq əldə edib. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisinin rəsmi saytı məlumat yayıb. Baneqa ilə 3 illik sözləşmə imzalanıb.

“Sevilya” ilə mövsümün sonuna qədər müqaviləsi olan 31 yaşlı futbolçu yeni komandasına yayda qoşulacaq. “Əl Şabab” Baneqa üçün “Sevilya”ya heç bir məbləğ ödəməyəcək.

Karyerası ərzində “Boka Xuniors”, “Valensiya”, “Atletiko”, “İnter” kimi klubların formasını geyinən Baneqa, 2017-ci ildə “Sevilya”ya transfer olunub. Yarımmüdafiəçi 65 dəfə də Argentina millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button