Başıyla tarixə düşdü
“Sevilya” klubu UEFA Avropa Liqasının final matçında “İnter”i 3:2 hesabı ilə məğlub edib.
Komanda.az xəbər verir ki, ispanların heyətində iki qolu başla vuran Luk de Yonq avrokubokların tarixinə düşüb. Belə ki, 29 yaşlı futbolçu Çempionlar Liqası və Avropa Liqasının final matçında iki dəfə başla fərqlənən ilk futbolçu olub.
“Sevilya” 6-cı dəfə bu turnirin qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin