
“Sevilya”nın futbolçusu Argentina klubunda – Rəsmi
“Sevilya”nın yarımmüdafiəçisi Markos Akunya Argentina təmsilçisi “River Pleyt”ə keçib.
Komanda.az Argentina klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2027-ci ilə qədər olan müqavilə imzalanıb.
32 yaşlı futbolçu 2020-ci ildən İspaniya klubunun formasını geyinir. O, “Sevilya”nın heyətində meydana çıxdığı 112 matçda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin