
“Sevilya”dan Premyer Liqa klubuna – 31 milyon avroya
“Aston Villa” “Sevilya”nın müdafiəçisi Dieqo Karlosu transfer edib.
Komanda.az xəbər verir ki, 29 yaşlı braziliyalı İngiltərə klubu ilə 4 illik müqavilə imzalayıb. “Aston Villa”nın futbolçu üçün 31 milyon avro ödədiyi deyilir.
Dieqo Karlos 2019-cu ilin iyulundan “Sevilya”da çıxış edirdi. O, 2021/22 mövsümündə 45 matçda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin