“Sevilya”nı istəməyən Ziyex Fransa klubunun hədəfində
“Ayaks”dan ayrılmaq üçün uyğun təklif gözləyən Hakim Ziyex Fransa klubunun hədəfindədir.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu, “Lion”un transfer hədəfindədir. Fransa klubu, “Betis”ə satdığı Nabil Fekirin boşluğunu Ziyexlə doldurmağı planlaşdırır.
“Lion”un futbolçu üçün tezliklə hərəkətə keçəcəyi bildirilir. Ziyex “Sevilya”dan təklif alsa da, bu klubun onun üçün düzgün seçim olmayacağını və “Ayaks”dan sadəcə doğru klub üçün ayrıla biləcəyini deyərək, bu təklifdən imtina etmişdi.
“Ayaks”la 2021-ci ilədək müqaviləsi olan Ziyex, son mövsümdə iştirak etdiyi 49 oyunda 21 qol, 24 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin