“Sevilya”dan “Çelsi”yə 35 milyon avroluq təklif

İcarə əsasında “Monako”da çıxış edən “Çelsi”nin futbolçusu Timo Bakayoko karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Sevilya”nn hədəfindədir. La Liqa klubu, “Çelsi”yə Bakayokonun icarəsi üçün illik 5 milyon, birdəfəlik transferi üçün isə 35 milyon avro təklif edir.

“Monako” ilə icarə müqaviləsi iyunda başa çatacaq futbolçunun xidmətində PSJ də maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button