
“Sevilya”da yeni baş məşqçi – Rəsmi
“Sevilya” klubu rəsmi saytında Qarsiya Pimentanın baş məşqçi təyin olunduğunu açıqlayıb.
Komanda.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bundan əvvəl 2022-2024-cü illərdə “Las Palmas”ı çalışdırıb. O, məşqçilik karyerasına “Barselona”nın strukturunda – gənclər komandasında başlayıb.
Pimenta “Sevilya”nın baş məşqçisi postunda Sançes Floresi əvəzləyib.
“Sevilya” son mövsümü La Liqada 14-cü yerdə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin