“Sevilya” yeni transferini itirdi
“Sevilya” ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “Barselona”dan transfer etdiyi Munir Əl-Həddadi zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əl-Həddadinin zədəsinin ciddi olduğu və bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
İspan hücumçu bir neçə gün əvvəl “Barselona”dan transfer edilmişdi. O, “Sevilya” ilə 2023-cü ilə qədər müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin