“Biz bu kubokdan çox razıyıq” – Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola UEFA superkuboku matçında “Sevilya” üzərində qələbədən (1:1, penaltilərlə 5:4) danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Qvardiola, “Sevilya”nın çox təhlükəli rəqib olduğunu bildirib:
“İkinci hissənin əvvəlində ötürmələrdə daha yaxşı oynamağa başladıq, matça daha çox nəzarət etdik. Sona doğru qol vurduq və hiss etdik ki, son dəqiqələrdə yenə fərqlənə bilərik. “Sevilya” ikinci qolu vursa, işlər başqa cür bitə bilərdi. “Sevilya”nın böyük oyunçuları, əla qapıçısı, milli komandalarda çıxış edən müdafiəçiləri var. “Sevilya” rəqib komanda olaraq çox təhlükəlidir.
Əvvəllər komanda tez-tez kuboklar qazananda motivasiya çatışmazlığı hiss edirdim. Amma bu gün məndə o hiss yox idi. Biz bu kubokdan çox razıyıq. Kolleksiyanı tamamlamaq üçün bir kuboku əldən verdik və növbəti şans klublararası dünya çempionatında olacaq”.
Bizi Facebook-da izləyin