
“Sevilya” qələbəni son anda əldən verdi
İspaniya La Liqasında 25-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Sevilya” evdə “Malyorka” ilə qarşılaşıb. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Hazırda 54 xala malik “Barselona” liderdir. “Real” da 54 xal toplayıb və ikincidir. “Atletiko” 53, “Atletik” 48, “Vilyarreal” 44, “Rayo Valyekano”, “Betis” və “Malyorka” 35, “Real Sosyedad” 34, “Selta”, “Sevilya” və “Osasuna” 32 xal toplayıb.
İspaniya La Liqası
25-ci tur
21 fevral
Selta – Osasuna 1:0
Qol: Aspas, 69-pen.
22 fevral
Alaves – Espanyol 0:1
Qol: Kalero, 86.
Rayo Valyekano – Vilyarreal 0:1
Qol: A.Peres, 66.
Valensiya – Atletiko 0:3
Qollar: X.Alvares, 12; 30. Korrea, 86.
Las Palmas – Barselona 0:2
Qollar: Olmo, 62. F.Torres, 90+5.
23 fevral
Atletik – Valyadolid 7:1
Qollar: Jaureqizar, 10. N.Uilyams, 35; 66. Sannadi, 43. Sanset, 45+2. Quruseta, 69. İ.Uilyams, 87 – Silla, 47.
Real – Jirona 2:0
Qollar: Modriç, 41. Vinisius, 83.
Xetafe – Betis 1:2
Qollar: Mayoral, 82 – İsko, 18; 77-pen.
Real Sosyedad – Leqanes 3:0
Qollar: Zaxaryan, 12. Kubo, 48. Olasaqasti, 80.
24 fevral
Sevilya – Malyorka 1:1
Qol: Salas, 45+2 – Valyent, 90+1.
Bizi Facebook-da izləyin