“Sevilya” Fati ilə bağlı əmin deyil

“Sevilya” “Barselona”nın hücumçusu Ansu Fati ilə maraqlanır, lakin müqavilənin baş tutacağına şübhə edir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Əndəlus klubu hücum xəttini gücləndirmək və Fati ilə müqavilə bağlamaq istəyir. Amma oyunçunun yüksək maaşı və daimi zədə problemləri səbəbindən müqavilənin mümkünlüyü şübhə doğurur.

“Sevilya” uzun müddətdir ki, “Barsa”nın start heyətində yer almayan forvard üçün əsas namizədlərdən biri hesab olunur. Son vaxtlar 22 yaşlı futbolçunun yanvarda mümkün transferindən danışılır.

Fati cari mövsümdə “Barsa” ilə 7 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button