“Sevilya” onu satmaq fikrində deyil”

“Sevilya”nın yarımmüdafiəçisi Alexandro Qomesin agenti Cüzeppe Riso futbolçunun İspaniya təmsilçisindəki gələcək taleyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Avropa Liqasının son qalibinin Alexandronu satmaq fikrində olmadığını dilə gətirib:

“Sevilya” onu satmaq fikrində deyil. Qomesin qarşıdakı mövsümdə də La Liqa klubunda qalacağını ehtimal edirəm”.

Öncədən Əndəlüs təmsilçisinin maliyyə problemlərinə görə istənilən futbolçu ilə bağlı təklifləri nəzərdən keçirəcəyi bildirilirdi.

35 yaşlı argentinalı 2022/23 mövsümündə “Sevilya”nın heyətində 27 oyuna çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button