“Sevilya” milli üzvünü transfer etdi
İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Portu”nun yarımmüdafiəçisi Xesus Koronanı transfer edib.
Bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Meksikadan olan 29 yaşlı vinger 2025-ci ilin yayına qədər La Liqa klubunun uğurları üçün çalışacaq. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək.
Xesus Manuel Korona 2015-ci ildən “Portu”da çıxış edirdi. Yarımmüdafiəçi əvvəllər Niderlandın “Tvente”, ölkəsinin “Monterrey” komandalarının da formasını geyinib. Meksika yığmasında 63 matça çıxan futbolçu, 10 qol da vurub.
“Sevilya” öz futbolçularından İbrahim Amadu ilə də yollarını ayırıb. Belə ki, 28 yaşlı yarımmüdafiəçi La Liqa təmsilçisini Fransa “Mets”inə dəyişib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Kamerunda anadan olsa da, Fransa vətəndaşlığına da malik olan futbolçu, 2018-ci ildən “Sevilya”da çıxış edirdi. Lakin o, bu klubda əsas heyət üzvünə çevrilə bilmədiyi üçün “Norviç Siti”, “Leqanes” və “Anje” kimi klublara icarəyə verilib. Amadu əvvəllər Fransada “Nansi” və “Lill”in də uğurları üçün çalışıb.
Bizi Facebook-da izləyin