“Sevilya” məşhur müdafiəçini komandada saxlayacaq
“Sevilya”nın müdafiəçisi Serxio Ramos İspaniya La Liqasında qala bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu “Sevilya” ilə yeni müqavilə imzalamağa yaxındır.
Tərəflər arasında mövcud müqavilə bu il iyunun sonunda başa çatır. Ramos, böyük ehtimalla, “Sevilya” ilə yeni – bir illik müqavilə imzalayacaq.
Ramos ötən ilin sentyabrında azad agent kimi PSJ-dən “Sevilya”ya keçmişdi.
İspaniyalı müdafiəçi La Liqanın bu mövsümündə 27 matçda iştirak edib və 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin