“Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Sevilya” öz meydanında İtaliyanın “Latsio” klubunu qəbul edib. Komandalar arasında keçirilən ilk görüşdə “Sevilya” rəqibini minimal hesabla məğlub etmişdi – 1:0. İspaniya təmsilçisi doğma meydanda daha inamlı qələbə qazanmaqla ilk 1/8 finalçı olub.
1/16 final mərhələsinin digər cavab oyunları isə bu gün keçirilib.
Türkiyə təmsilçisi “Fənərbaxça” səfərdə “Zenit”lə qarşılaşıb. Komandalar arasındakı ilk görüşdə “Fənər” rəqibi üzərində minimal hesablı qələbə qazanmışdı. Amma səfərdə məğlubiyyətlə üzləşən İstanbul klubu mübarizəni dayandırmalı olub. Türkiyənin digər təmsilçisi “Qalatasaray” Portuqaliya səfərinə yollanıb. “Sarı-qırmızılar” “Benfika” ilə üz-üzə gəlib. Komandalar arasındakı ilk görüşdə Portuqaliya təmsilçisi 2:1 hesabıyla qələbə qazanmışdı. Cavab görüşündə qapılara qol vurulmayıb. Nəticədə, Türkiyə Avroliqada təmsilçisiz qalıb.
İngiltərənin “Arsenal” klubu Belarus BATE-sini qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabıyla məğlub olan “topçular”, növbəti mərhələyə yüksəlmək üçün ən azı iki top fərqiylə qələbə qazanmalıydı. London klubu bu vəzifənin öhdəsindən artıqlamasıyla gəlib və 1/8 finala çıxıb.
İtaliyanın “Napoli” və “İnter” klubları da növbəti mərhələyə yüksəliblər.
Avropa Liqası, 1/16 final mərhələsi, cavab oyunları
21 fevral
Arsenal (İngiltərə) – BATE (Belarus) 3:0
Qol: Volkov, 4-öz qapısına. Mustafi, 39. Papastatopulos, 60.
(ilk oyun – 0:1)
Dinamo (Xorvatiya) – Viktoriya (Çexiya) 3:0
Qol: Orsiç, 15. Dilaver, 33. Petkoviç, 73.
(ilk oyun – 1:2)
Ayntraxt (Almaniya) – Şaxtyor (Ukrayna) 4:1
Qol: Yoviç, 23. Haller, 27-pen; 80. Rebiç, 88 – Moraeş, 64.
(ilk oyun – 2:2)
Napoli (İtaliya) – Sürix (İsveçrə) 2:0
Qol: Verdi, 43. Ounas, 75.
(ilk oyun – 3:1)
Zalsburq (Avstriya) – Brügge (Belçika) 4:0
Qol: Şlager, 17. Daka, 29; 43. Dabbur, 90.
(ilk oyun – 1:2)
Valensiya (İspaniya) – Seltik (Şotlandiya) 1:0
Qol: Qameyro, 70.
(ilk oyun – 2:0)
Zenit (Rusiya) – Fənərbaxça (Türkiyə) 3:1
Qol: Ozdoyev, 4. Azmun, 37; 76 – M.Topal, 43.
(ilk oyun – 0:1)
Vilyarreal (İspaniya) – Sportinq (Portuqaliya) 1:1
Qol: Fornals, 80 – B.Fernandes, 45.
(ilk oyun – 1:0)
Bayer (Almaniya) – Krasnodar (Rusiya) 1:1
Qol: Aranquiz, 87 – Süleymanov, 84.
(ilk oyun – 0:0)
Benfika (Portuqaliya) – Qalatasaray (Türkiyə) 0:0
(ilk oyun – 2:1)
Betis (İspaniya) – Renn (Fransa) 1:3
Qol: Lo Çelso, 41 – Bensebaini, 22. Ben Arfa, 30. Nyanq, 90.
(ilk oyun – 3:3)
Çelsi (İngiltərə) – Malmö (İsveç) 3:0
Qol: Jiru, 55. Barkli, 74. Odoy, 84.
(ilk oyun – 2:1)
Dinamo (Ukrayna) – Olimpiakos (Yunanıstan) 1:0
Qol: Sol, 32.
(ilk oyun – 2:2)
Genk (Belçika) – Slaviya (Çexiya) 1:4
Qol: Trossard, 10 – Çufal, 23. Traore, 53. Şkoda, 64; 68.
(ilk oyun – 0:0)
İnter (İtaliya) – Rapid (Avstriya) 4:0
Qol: Vesino, 11. Ranokkya, 18. Perişiç, 80. Politano, 87.
(ilk oyun – 1:0)
20 fevral
Sevilya (İspaniya) – Latsio (İtaliya) 2:0
Qol: Ben Yedder, 20. Sarabiya, 78. (ilk oyun – 1:0)
Bizi Facebook-da izləyin