“Real” növbəti mərhələdə, “Barselona” kubokdan kənarlaşdırıldı
Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
Əvvəlcə “Valensiya” səfərdə aşağı liqa təmsilçisi “Atletiko” (Baleares) ilə qarşılaşıb. Minimal hesabla qalib gələn La Liqa təmsilçisi sürprizə imkan verməyib.
“Betis” isə “Sevilya”nı qəbul edib. Əslində bu matç bir gün öncə baş tutmuşdu. Lakin ilk hissənin sonlarında “Betis” azarkeşlərinin meydana atdığı kənar əşyalardan biri qonaq komandanın yarımmüdafiəçisi Joan Jordanın başından xəsarət alması ilə nəticələnib. Hakim dərhal futbolçuları meydandan çıxarıb və oyunu davam etdirmək istəməyib. Müzakirələrdən sonra oyun bu gün qaldığı (1:1) yerdən, lakin azarkeşlərin iştirakı olmadan davam etdirilib. Meydan sahibləri daha bir qol vurmaqla qələbə qazanıblar və “Sevilya”nı mübarizədən kənarlaşdırıblar.
Madrid “Atletiko”su “Real Sosyedad”la qarşılaşıb. Son İspaniya çempionu 2 cavabsız qolla uduzaraq kubokla vidalaşıb.
Sonuncu oyun günündə “Real” “Elçe”nin, “Barselona” isə “Atletik”in qonağı olub. Madrid təmsilçisi çətin qələbə sayəsində 1/4 finala yüksəlsə də, Kataloniya klubu kubokla vidalaşmaq məcburiyyətində qalıb.
İspaniya kuboku, 1/8 final
15 yanvar
Sportinq (Xixon) – Kadis 0:0 (penaltilər 2:4)
Jirona – Rayo Valyekano 1:2
Qol: Bernardo, 26 – S.Qvardiola, 45+1; 48.
Malyorka – Espanyol 2:1
Qol: Kubo, 32. Prats, 60 – Puado, 62.
16 yanvar
Atletiko (Baleares) – Valensiya 0:1
Qol: M.Andre, 1.
Betis – Sevilya 2:1
Qol: N.Fekir, 39. Kanales, 73 – P.Qomes, 35.
19 yanvar
Real Sosyedad – Atletiko (Madrid) 2:0
Qol: Yanuzay, 33. Sörlot, 47.
20 yanvar
Elçe – Real 1:2
Qol: Verdu, 103 – İsko, 108. Hazard, 115.
Atletik – Barselona 3:2
Qol: Muniain, 2; 105+1-pen. Martines, 86 – F.Torres, 20. Pedri, 90+3.
Bizi Facebook-da izləyin