Dani Alveş seçim qarşısında
“Sevilya” klubu hazırda azad agent olan Dani Alveşi transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin idman direktoru Ramon Monçi İspaniya mətbuatına açıqlamasında deyib:
“Alveşi 11 il sonra yenidən “Sevilya”ya gətirmək üçün danışıqlar gedir. Ancaq Alveş başqa liqalarda oynamaq istəyir. Yenə də, sonda necə olacağı bəlli deyil”.
İngiltərə mətbuatı Alveşin Premyer Liqada oynamaq istədiyini, buna görə də, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola ilə görüşəcəyini iddia edir.
Alveş 2002-2008-ci illər aralığında “Sevilya”da çıxış edib. Daha sonra “Barselona” və “Yuventus”da forma geyinən braziliyalı müdafiəçinin son klubu PSJ olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin