“Sevilya” futbolçusunu BƏƏ klubuna satdı
Niderlandlı müdafiəçi Kərim Rekik “Əl-Cəzirə”yə transfer olunub.
Komanda.az xəbər verir ki, İspaniya “Sevilya”sının mərkəz müdafiəçisinin Birləşmiş Ərəb Əmirlikləri klubu ilə müqaviləsinin müddəti açıqlanmayıb.
28 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək. BƏƏ klubu bu transferə görə La Liqa təmsilçisinə 2 milyon avro ödəyib.
Rekik 2020-ci ildən formasını geyindiyi “Sevilya”da 70 oyuna çıxıb, 1 qol və 3 ötürmə ilə yadda qalıb.
Niderland yığmasında 4 oyun keçirmiş müdafiəçi “Mançester Siti”, “Portsmut”, “Blekbern”, PSV, “Marsel”, “Herta” kimi klublarda da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin