“Sevilya” hücumçusunu itirdi
İspaniyanın “Sevilya” klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, hücumçu Lukas Okampos zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu İspaniya La Liqasının 22-ci turu çərçivəsində keçirilən “Xetafe” ilə oyunda sıradan çıxıb. Klubun verdiyi məlumatda, Okamposun sol ayaq biləyinin zədələndiyi bildirilib.
Hücumçunun sağalacağı vaxtla bağlı açıqlama verilməyib.
“Sevilya” “Xetafe”ni 3:0 hesabı ilə məğlub edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin