“Sevilya” baş məşqçisini göndərdi – Rəsmi

“Sevilya” Xorxe Sampaolinin komandanın baş məşqçi postundan getdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, klubun açıqlamasında son bir neçə saat ərzində rəhbərliyin yeni baş məşqçinin təyinatı üzərində işlədiyi bildirilib.

63 yaşlı argentinalı mütəxəssis 2022-ci ilin oktyabrından “Sevilya”ya rəhbərlik edirdi. Sampaolinin rəhbərliyi altında komanda 31 oyun keçirib, 13 qələbə, 6 heç-heçə və 12 məğlubiyyətə imza atıb.

“Sevilya” La Liqanın 26 turundan sonra 28 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button