“Sevilya” “Barselona”nın təklifini qəbul etmədi
“Barselona” “Sevilya”nın fransalı müdafiəçisi Jul Kundenin transferi üçün hücumçusu Memfis Depayı da danışıqlara daxil etmək istəyib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Sevilya” hadisələrin bu cür gedişindən məmnun olmayıb və təklifi qəbul etməyib.
Depay 2021-ci ilin yayında azad agent kimi “Barselona”ya qoşulub. O, komandada 37 oyunda 13 qol vurub və 2 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2023-cü ilin yayında başa çatır.
23 yaşlı Kunde isə “Bordo”nun yetirməsidir. Kunde 2019-cu ildə “Sevilya”ya keçib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin