
La Liqa matçında “İsrail – qatillər!” şüarı
“Sevilya” La Liqanın 6-cı turunda “Vilyarreal”ı qəbul edib və qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
84-cü dəqiqədə qonaqların israilli vingeri Manor Solomon meydana daxil olarkən ev sahibi azarkeşlər “İsrail – qatillər!” şüarları səsləndirib. Maraqlıdır ki, iki dəqiqə sonra Solomon qələbə qolunu vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmadan əvvəl “Sevilya”nın ultras qruplaşması “Biris Norte” sosial şəbəkədə bunu yazıb yazıb:
“Soyqırımı müdafiə edən gəlib bizim evimizə. Mövqeyimiz aydındır: Sionistlər Nervyonada yer tapa bilməz!”
Solomon “Vilyarreal”a “Tottenhem”dən yay transfer pəncərəsinin bağlanmasına yaxın, icarə əsasında keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



