
Sevgilisindən Ronaldoya Yeni il hədiyyəsi – FOTO
Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes ona Yeni il hədiyyəsi ilə sürpriz edib.
Komanda.az xəbər verir ki, Corcina Ronaldoya lüks “Rolls-Royce Dawn” avtomobili hədiyyə edib.
Corcinanın sosial şəbəkədə öz səhifəsində yerləşdirdiyi videoda o, 37 yaşlı portuqaliyalı hücumçunun hədiyyəyə reaksiyasını göstərir. Ronaldo sosial şəbəkədə qıza hədiyyəyə görə təşəkkür edib: “Təşəkkür edirəm, sevgilim”.
Ronaldo əvvəlki klubu “Mançester Yunayted”lə müqaviləni ləğv etdikdən sonra azad agentdir. Daha əvvəl futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə mövsümlük təxminən 500 milyon avro maaşla 2,5 illik müqavilə imzalayacağı bildirilirdi.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin