Ronaldo özünə yeni kanal açdı, sevgilisindən “bəy tərifi” eşitdi

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges futbolçunun öz “YouTube” kanalını açmaq qərarına münasibət bildirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçunun sevgilisi sosial şəbəkə hesabında bunun çox perspektivli layihə olduğunu söyləyib:

“Bu, çox perspektivli layihədir və mütləq uğurlu olacaq. Etdiyin hər şey uğura məhkumdur. Bu barədə heç bir şübhəm yoxdur. İşin və maqnitliyin sayəsində insanların marağını çəkirsən”.

39 yaşlı hücumçunun “YouTube” kanalına 16 milyona yaxın insan abunə olub.

Ronaldo “Əl-Nəsr”in oyunçusudur. O, ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button