“Tarixdə ən çox titul sahibi olan futbolçu sənsən”

“İnter Mayami”nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzo ərinin son mükafatını şərh edib.

Komanda.az xəbər verir ki, argentinalı futbolçunun xanımı sosial şəbəkə hesabındakı paylaşımında sevgilisini təbrik edib:

“Sevgilim, səni təbrik edirəm. Tarixdə ən çox titul sahibi olan futbolçu sənsən”.

37 yaşlı hücumçu tarixin ən çox mükafat alan futbolçusu olduğu üçün medala layiq görülüb.

Messi klub karyerası ərzində “Barselona”, PSJ və “İnter Mayami”də çıxış edib. O, cari MLS mövsümündə 18 oyun keçirib, 17 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button