Van Nistelroy söz verdi
“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Rud van Nistelroy təyinatı barədə danışıb.
Komanda.az “qırmızı şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis hətta müvəqqəti olsa da, sevdiyi komandanı idarə etməkdən şərəf duyduğunu bildirib:
“Hətta müvəqqəti olsa da, sevdiyim komandanı idarə etməkdən şərəf duyuram. Məndən nə qədər istəsələr, bunu etməyə hazıram. Söz verə bilərəm ki, hansı vəzifəni tutmağımdan asılı olmayaraq, vəziyyəti yaxşılığa doğru dəyişməyə çalışmaq üçün bundan sonra da kluba hər şeyimi verəcəm.
“Mançester Yunayted”in nəticələrinə baxmayaraq, mən “Old Trafford”a qayıtdığım və hər gün komanda ilə işlədiyim üçün xoşbəxtəm. Bu mövsüm biz bəzən “Mançester Yunayted”in real potensialını gördük, lakin bu, çox nadir hallarda baş verdi”.
Nistelroy Erik ten Haqın istefasından sonra komandanın müvəqqəti baş məşqçisi təyin edilib.
Bizi Facebook-da izləyin