Şevçenko Ukrayna Futbol Assosiasiyasının prezidenti olacaq
Ukrayna Futbol Assosiasiyasının (UFA) prezidentliyi vəzifəsinə namizədlərin qeydiyyatı ilə bağlı yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.
Komanda.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, iclasda Andrey Şevçenkonun namizədliyi qeydə alınıb. Bildirilir ki, Ukrayna futbolunun əfsanələrindən olan Şevçenko UFA-nın prezidenti vəzifəsinə yeganə namizəd olub.
Beləliklə, qurumun növbəti prezidentinin 47 yaşlı Şevçenkonun olacağı dəqiqləşib.
UFA prezidentliyinə növbədəkənar seçkilər 2024-cü ilin yanvarın 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin