Şevçenko üçün “Seltik” iddiası
Son olaraq Ukrayna yığmasını çalışdıran Andrey Şevçenko Şotlandiyada işləyə bilər.
Komanda.az xəbər verir ki, 45 yaşlı ukraynalı mütəxəssis Şotlandiya “Seltik”inin “sükanı arxasına” keçə bilər. Bu barədə “The Sun” məlumat yayıb.
“Seltik”də hazırda baş məşqçi postunda Ante Postekoğludur. Komanda onun rəhbərliyi altında uğursuz çıxış edir. “Seltik” Avropa Liqasına iki məğlubiyyətlə başlayıb. Şotlandiya çempionatında isə komanda 7 oyundan sonra 10 xalla 6-cı yerdə qərarlaşıb.
Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisində baş məşqçilik edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin