Şevçenko milli komandanı çalışdıra bilər
Ukrayna millisinin keçmiş futbolçusu Andrey Şevçenko Polşa yığmasının baş məşqçisi ola bilər.
Komanda.az “onet.pl”-ə istinadən xəbər verir ki, Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa 46 yaşlı mütəxəssisi bu posta gətirmək niyyətindədir.
Yığma komandanın hazırkı baş məşqçisi Çeslav Mixneviçin müqaviləsi ilin sonunda bitəcək. AÇ-2024-ün seçmə mərhələsi martda başlayacağı üçün Kuleşa tez qərar vermək niyyətində deyil.
Polşa milli komandası DÇ-2022-nin 1/8 finalında Fransaya uduzaraq (1:3), turnirlə vidalaşıb.
Şevçenko 2016-2021-ci illərdə Ukrayna millisini, 2021/2022 mövsümündə isə İtaliyanın “Cenoa” komandasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin