Şevçenko Polşa millisini çalışdıra bilməyəcək
İtaliya “Cenoa”sından qovulan Andrey Şevçenko Polşa millisinin baş məşqçisi ola bilməyəcək.
Komanda.az xəbər verir ki, informasiyanı ukraynalı jurnalist İqor Tsıqanık şəxsi “twitter” hesabından yayıb.
Mənbə Şevçenkonun Genuya klubu ilə müqavilənin ləğvi barədə razılığa gələ bilmədiyini və bu üzdən hüquqi cəhətdən sözügedən millini çalışdırmasının mümkünsüz olduğunu vurğulayıb.
Xatırladaq ki, daha öncə A Seriyası təmsilçisinin ukraynalı mütəxəssisin müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün ona 10 milyon avro təzminat ödəyəcəyi iddia olunurdu.
Şevçenko “Cenoa”nın uğursuz çıxışına görə istefaya göndərilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin