Setyen klub prezidenti ilə görüşdən danışdı

“Belə görüşlərin olması normaldır. Komandanın çıxışı ilə bağlı narahatlıqlar var”.

Komanda.az xəbər verir ki, bu fikirləri İspaniya təmsilçisi “Barselona”nın baş məşqçisi Kike Setyen klub prezidenti Jozep Bartomeu ilə görüşü barədə danışarkən deyib.

62 yaşlı mütəxəssis həll yolu tapmağa və vəziyyəti dəyişməyə çalışdıqlarını bildirib. Setyen görüşün məhz buna görə baş tutduğunu söyləyib: “Gələcəyə nikbinliklə hazırlaşmaq, Çempionlar Liqası matçına diqqət yetirmək istəyirik. İnanıram ki, bu turnirdə daha çox oyunumuz olacaq. Çempionlar Liqasını qazanmaq üçün daha yaxşı olmağa çalışacağıq”.

Qeyd edək ki, “Barselona”nın əsas rəqibi “Real” La Liqada 201920 mövsümünün qalibi olub. Kataloniya təmsilçisi avqustun 8-də Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında evdə İtaliya “Napoli”sini qəbul edəcək. Neapoldakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button