Setyen məsuliyyəti öz üzərinə götürdü

İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Osasuna”ya 1:2 hesabı ilə məğlub olan “Barselona”nın baş məşqçisi Kike Setyen açıqlama verib.

Komanda.az xəbər verir ki, çempionluğu əldən vermələri haqqında danışan mütəxəssis, bunları deyib:

“Özümüzü tənqid etməliyik, yaxşılaşdırmağımız lazım olan məsələlər var. İndi xəyal qırıqlığı yaşayırıq, amma özümüzə bir neçə gün icazə verəcəyik. Əminəm ki, komanda daha yaxşı vəziyyətdə geri qayıdacaq.

Məsuliyyəti daşıyan mənəm. Özümü istedadlı və enerjili hiss edirəm. Daha fərqli komanda olacağımıza əminəm. Çempionlar Liqasında daha müsbət zehniyyətlə çıxış edəcəyimizə inanıram”.

Bu turda “Vilyarreal”a 2:1 hesabı ilə qalib gələn “Real” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button