Setyendən Luis Suares və Messi ilə bağlı açıqlama

İspaniyanın “Barselona” klubunun baş məşqçisi Kike Setyen koronavirus səbəbiylə dayandırılan La Liqanın bərpası ilə bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssis, çempionatın bərpası, heyətin vəziyyəti və zədəli futbolçular – Luis Suareslə Lionel Messi haqqında danışıb:

“Komanda yaxşı vəziyyətdədir. Tam formada olmaq üçün daha bir həftəyə ehtiyacımız olacaq. Bütün futbolçular çox həvəsli və motivasiyalıdır. Futbolçuların fiziki baxımdan hansı vəziyyətdə olduqlarını oyunlarda görəcəyik. Çempion olmaq istəyiriksə, hər oyunda qalib gəlməyimizin vacib olduğunu düşünürük. Azarkeşlərin dəstəyi üçün darıxacağıq.

Suares tam formadadır. İki, ya üç oyundan sonra ən üst səviyyədə olacağına inanıram. Messi də “Malyorka” ilə oyunda iştirak edə biləcək”.

La Liqa iyunun 11-də bərpa ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button