
“Yuventus”un qapıçısı Səudiyyə Ərəbistanı klubuna keçə bilər
“Yuventus”un qapıçısı Voyçex Şesnı komandasını tərk etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Nəsr” polşalı futbolçu üçün 5 milyon avro təzminat ödəmək istəyir. Belə ki, Şesnı ərəblərlə 2026-cı ilə qədər olan illik 20 milyon avro maaşla müqavilə imzalamalıdır.
“Arsenal”ın keçmiş qapıçısı böyük maaş qarşılığında Səudiyyə Ərəbistanına köçməyə hazırdır.
34 yaşlı futbolçu son İtaliya A Seriyasında 35 matça çıxıb və qapısından 16 top buraxıb.
Şesnı 2017-ci ildən “Yuventus”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin