
“Barselona” qapıçısına 2 illik müqavilə təklif edib
Polşalı qapıçı Voyçex Şesnı “Barselona” ilə müqaviləsinin müddətinin uzadılması ehtimalını istisna etməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə verdiyi açıqlamada kataloniyalıların ona iki illik yeni müqavilə təklif etdiyini bildirib:
“Gizlətmirəm, mənə yeni müqavilə təklif olunub. Amma bu məsələni ailəmlə birlikdə müzakirə etməliyəm. Bizim üçün nə daha yaxşı olacaqsa, onu seçəcəyik. Bu qərarı ailəm, həyat yoldaşım naminə verməliyəm və birlikdə qərar qəbul etməliyik. Hələlik konkret qərar yoxdur.
Evdə əksər qərarları həyat yoldaşım verir və buna görə utanmıram. Futbolla bağlı qərarları isə özüm alıram, ancaq bu, fərqli bir situasiyadır. Buraya yalnız bir il üçün gəlmişdik. Arzumuzu gerçəkləşdirmək və sonra qayıdıb qolf oynamaq istəyirdik.
Yaxın bir neçə həftə ərzində qərar verəcəm. Burada maddi-texniki aspektlər, təhsil, köç və digər məsələlər də var. Hazırda baş verənlərdən zövq alıram və hələ ki, qalacam, ya yox, bu barədə düşünmürəm”.
35 yaşlı qolkiper bu mövsüm La Liqada keçirdiyi 14 oyunun 7-də qapısını toxunulmaz saxlayıb.
Bizi Facebook-da izləyin



