Şesnı rəsmən “Barselona”da

“Yuventus”un və Polşa millisinin sabiq qapıçısı Voytsex Şesnının “Barselona”ya keçidi rəsmiləşib.

Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı qolkiperlə 2025-ci il iyunun 30-dək olan müqavilə imzalanıb.

Avqustun sonunda karyerasını başa vuracağını açıqlayan Şesnı Mark-Andre ter Ştegenin yerinə qapıçı axtaran Kataloniya klubundan gələn təklifə görə futbolu davam etdirmək qərarına gəlib. Ter Ştegen dizindən ciddi zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button