ÇL: “Qırmızı”dan sonra hamı başa düşdü ki…”

“Barselona”nın qapıçısı Voyçex Sçesnı komandanın “Benfika” ilə matçda bir nəfər azlıqda qalması ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, polşalı qolkiper qırmızı vərəqənin yetkinliklərini və xarakterlərini yoxlamaq üçün yaxşı fürsət olduğunu düşünür:

“Düşünürəm ki, “qırmızı” yetkinliyimizi və xarakterimizi yoxlamaq üçün yaxşı fürsət idi. Hamı başa düşdü ki, biz öz keyfiyyətlərimizi meydanda nümayiş etdirməliyik.

Öz oyunuma gəlincə, dərin müdafiənin mənə daha uyğun olduğunu bilirdim”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu “Barselona”nın səfərdə 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kataloniyalılar 22-ci dəqiqədən Pau Kubarsinin “qırmızı” alması ilə bir nəfər azlıqda qalıblar.

“Barselona” – “Benfika” cavab matçı martın 11-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button