Siqaret çəkən futbolçu: “Pis nümunə olmaq istəmirəm”

“Barselona”nın qapıçısı Vojçex Şesnı siqaret çəkməsi ilə bağlı suala cavab verməkdən imtina edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, peşəkar karyerası boyunca bu zərərli vərdişlə mübarizə aparan polşalı futbolçu adətən suallara səmimi cavab verməyə çalışdığını, ancaq bu mövzuda danışmağa hazır olmadığını bildirib:

“Danışmaq istəmədiyim mövzular var. Məsələn, hazırda danışdığımız mövzu. Bu barədə sual verilməsini istəmirəm. Çünki pis nümunə olmaq istəmirəm”.

Şesnı 2024-cü ildə futbolçu karyerasını başa vurduğunu elan etmişdi. Ancaq “Barselona” əsas qapıçısı Mark-Andre ter Ştegenin zədələnməsindən sonra onu karyerasını bərpa etməyə məcbur edib.

35 yaşlı qolkiper hazırkı mövsümdə 25 oyunda meydana çıxıb, 24 qol buraxıb və 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button