Flikin Levandovski ilə bağlı zarafatı

“Barselona”nın hücumçusu Robert Levandovski kral kuboku çərçivəsində “Betis”lə matçda (5:1) ehtiyat oyunçular skamyasında qalıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, kataloniyalılar üçün uğurlu oyundan sonra jurnalistlər komandanın baş məşqçisi Hans-Diter Flikə polşalı bombardiri meydana buraxmamaq qərarı ilə bağlı sual veriblər:

“Voyçex Şesnı (polşalı qapıçı) oynamayanda Levandovski də oynamır. Zarafat edirəm, mən ona dincəlməyə icazə verdim”.

Levandovski bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib və onun hücumda ön sıradakı yerini Dani Olmo alıb.

“Barselona” şənbə günü səfərdə La Liqa çərçivəsində “Xetafe” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button