“Barselona”da debüt etdi, xoşbəxt olduğunu dedi

“Barselona”nın qapıçısı Voyçex Şesnı İspaniya Kral kubokunda “Barbastro” ilə matçda (4:0) debütü ilə bağlı duyğularını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı qolkiper xoşbəxt olduğunu deyib:

“Mən xoşbəxtəm. Bu, səhv etmək istəmədiyiniz matçlardan biri idi, oyuna düzgün münasibətlə yanaşmaq vacibdir. Əlbəttə, gizlətmirəm ki, debütdən əvvəl narahat idim, amma komandamın oyunu mənim tapşırığımı xeyli asanlaşdırdı”.

34 yaşlı futbolçu karyerasını başa vurduqdan iki ay sonra bərpa edib və oktyabrda “Barselona” ilə mövsümün sonuna qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button