Polşalı qapıçı “Yuventus”u İtaliyanın başqa klubuna dəyişə bilər

“Yuventus”un qapıçısı Voyçex Şesnı İtaliyanın başqa klubunun maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, polşalı futbolçu “Montsa”dan Mişel di Qreqorionun gəlişi ilə Turin komandasındakı yerini itirmək riski ilə üzləşib.

Şesnı əks istiqamətə gedə bilər. Belə ki, ”Montsa” cari transfer pəncərəsində 34 yaşlı qapıçını transfer etməyə çalışır.

Şesnının Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna mümkün transferi barədə məlumat yayılıb. Onun “Yuventus”la müqaviləsi gələn ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button