
Qardaşı danışdı: “Şesnı oyunda iştirak etməkdənsə, kənardan izləməyi daha çox sevir”
“Barselona”nın qapıçısı Voyçex Şesnı ehtiyat oyunçu rolunu üstün tutur.
Komanda.az xəbər verir ki, bu barədə polşalı futbolçunun qardaşı Yan Şesnı “Barca Universal”-a açıqlamasında bildirib:
“Şesnı həmişə hazırdır. Amma düşünürəm ki, o, oyunda iştirak etməkdənsə, kənardan izləməyi daha çox sevir”.
35 yaşlı qolkiper zədələnən Xuan Qarsiyanın əvəzinə start heyətində meydana çıxır. O, cari mövsümdə 8 oyunda iştirak edib, 15 qol buraxıb.
“Barselona” UEFA Çempionlar Liqasının 4-cü turunda Belçikanın “Brügge” komandası ilə məhsuldar heç-heçə edib – 3:3. Şesnı həmin matçda qapıya yönələn 6 zərbədən 3-nü zərərsizləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



