“Barselona”nın yeni futbolçusu məşqlərə başlayıb
“Barselona”nın yeni futbolçusu Voyçex Şesnı meydana qayıtmağa hazırlaşır. Avqustun sonunda karyerasını bitirdiyini elan edən qolkiper fərdi proqram üzrə məşq edir.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, dünən polşalı qolkiper “Barselona”nın idman kompleksində fərdi proqram üzrə məşq edib, digər oyunçulara isə bir gün istirahət verilib.
Mark Andre Ter Stegen ciddi zədə aldıqdan sonra “Barsa” rəhbərliyi 34 yaşlı futbolçunun keçidini razılaşdırıb. O, bundan əvvəl “Yuventus”da çıxış edib.
Hans-Diter Flikin komandası bazar günü La Liqa çərçivəsində səfərdə “Alaves”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin