
Şesnı daha 1 il “Barselona”da
Polşalı qapıçı Voyçex Şesnı “Barselona”da qalacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Goal Poland” nəşri məlumat yayıb.
35 yaşlı qolkiper bir il müddətinə, uzadılma ehtimalı ilə yeni müqavilə bağlayacaq. Tərəflər arasında hazırkı sözləşmənin müddəti bu yay başa çatacaq.
Şesnı Kataloniya komandasının sıralarına ötən ilin oktyabrında qoşulub. O, həmin vaxtdan bəri “Barselona”nın heyətində 30 matçda iştirak edib, 14-də qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



