Şesnı “Barselona”nı təəccübləndirib
“Barselona” yeni qapıçısı Voyçex Şesnının karyerasını bitirdiyini elan etdiyi yaydan bəri fiziki vəziyyətindən yaxşı mənada təəccüblənib.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Barselona”dan bildirilib ki, polşalı futbolçu komandasız qaldıqdan sonra da özünə qulluq etməyə davam edib. Onun tezliklə meydanda görünməsi ehtimalının olduğu vurğulanır. 34 yaşlı qolkiper milli komandaların oyunları üçün oktyabr fasiləsində məşqlərini davam etdirəcək.
Şesnı oktyabrın 2-də “Barselona” ilə 2025-ci il iyunun 30-dək olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin