
“Mançester Yunayted”in hücumçusu sıradan çıxıb
“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko şənbə günü “Tottenhem”lə oyunda (2:2) zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ilkin əlamətlərə əsasən, futbolçu dizindəki ciddi zədədən yayınıb. O, bu gün müayinə olunacaq və nəticə Şeşkonun sağalmasının nə qədər vaxt aparacağını müəyyən edəcək.
Mançester klubunun baş məşqçisi Ruben Amorim oyunun sonlarında oyunçunu əvəz etmək məcburiyyətində qalıb və matçdan sonra onun vəziyyəti ilə bağlı narahatlığını bildirib.
22 yaşlı forvard İngiltərədə debüt mövsümündədir. O, bu ilin yayında Almaniyanın “Leyptsiq” klubundan “Mançester Yunayted”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



