Şeşko “Arsenal”a keçməkdən niyə imtina edib?
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko yay transfer pəncərəsində “Arsenal”a keçməkdən imtina edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı sloveniyalı futbolçu İngiltərənin paytaxtına köçmək əvəzinə, hazırkı klubu ilə yeni müqavilə imzalayıb. Belə ki, o, Mikel Artetanın komandasında Kay Havertsin əvəzləyicisi olmaq istəməyib.
Şeşkoya “topçular”ın start heyətində yer alacağına zəmanət verilməyib, bu da onu “Leyptsiq”də qalmağa vadar edib. Onun müqaviləsində 55 milyon funt sterlinq (təxminən 66 milyon avro) məbləğində sərbəst qalma maddəsi var.
Deyilənə görə, “Arsenal” Şeşko ilə maraqlanmağa davam edir və onu 2025-ci ildə almaq üçün yenidən cəhd edə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin