PSJ rəsmisindən Ramosla bağlı açıqlama

PSJ-nin idman direktoru Luis Kampos müdafiəçi Serxio Ramosun 2023-cü ilin yayında başa çatacaq müqaviləsindən danışıb.

Komanda.az “Fotball Espana”-ya istinadən xəbər verir ki, o, Ramosun yaxşı mövsüm keçirəcəyini deyib:

“Ramosdan çox razıyam. Amma o, ötən mövsümdən narazıdır. Mən Serxionu yaxşı tanıyıram, o, çox yaxşı mövsüm keçirəcək. O, irəliləyir. 

Müqaviləni yeniləmək? Niyə də olmasın?”

Bir il əvvəl PSJ rəhbərliyi zədəsi səbəbindən futbolçu ilə əməkdaşlığa son qoymağı düşünürdü.

Ramos “Real”dan PSJ-yə azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button