Atdan yıxılaraq beyin qanaması keçirən qapıçı ilə bağlı yeni xəbər
PSJ-nin qapıçısı Serxio Riko cümə günü xəstəxanadan buraxılacaq.
Komanda.az “ABC de Sevilla”-ya istinadən xəbər verir ki, futbolçu aldığı zədə səbəbindən bir neçə əməliyyat keçirib. Xəstəxanadan buraxıldıqdan sonra Riko evə gedəcək və burada reabilitasiyasını davam etdirəcək.
İyulun 9-da Rikonun karyerasını bitirə biləcəyi xəbəri yayılmışdı.
29 yaşlı ispaniyalı futbolçu mayın 28-də atdan yıxılaraq Sevilya şəhərindəki xəstəxanaya yerləşdirilib. Riko ağır yaralanıb, ona beyin qanaması diaqnozu qoyulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin